CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA sədri ölkədə məhv edilən zərərli qidalardan danışdı

© Sputnik / Nigar IskanderovaAQTA sədri Qoşqar Təhməzli
AQTA sədri Qoşqar Təhməzli - Sputnik Azərbaycan
Abunə olmaq
Qoşqar Təhməzlinin sözlərinə görə, “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella”, “Çiy süd və süd məhsullarında Brucella” üzrə risk profilləri hazırlanıb

BAKI, 17 yanvar — Sputnik. AQTA bitki mənşəli yağlara dair sanitariya norma və qaydaları layihələrini hazırlayıb, hesabat dövründə qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli bildirib.

Gəncə şəhərində qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sex - Sputnik Azərbaycan
CƏMİYYƏT
AQTA saxta içkilərlə bağlı yenidən müraciət etdi: Ehtiyatlı olun

Onun sözlərinə görə, yoxlamaların 594-ü planlı, 419-u isə plandankənar yoxlamalar olub. Nəticədə 2.2 ton qida məhsulu zərərsizləşdirilib, 208.5 ton və 9734 litr qida məhsulu məhv edilib. İdxal nəzarəti zamanı isə əlavə 239 ton qida məhsulu məhv edilib. 545 inzibati cərimə, 14 şərti cərimə və 30 xəbərdarlıq barədə qərar qəbul olunub, 32 3700 AZN inzibati cərimə tətbiq olunub.

“Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal-ixrac əməliyyatlarının, laborator müayinələrin təhlili nəticəsində ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib. Bu problemlər üzrə “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella”, “Çiy süd və süd məhsullarında Brucella” üzrə risk profilləri hazırlanıb.

Heyvan və qeyri-heyvan mənşəli məhsullar karantində saxlanılacaq - AQTA sədri açıqladı

2019-cu ildə “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanıb və pilot olaraq 3 məktəbdə (Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 305 nömrəli tam orta məktəb və Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən qaçqınlar üçün tikilmiş 32 və 29 nömrəli tam orta məktəblər) həyata keçirilib. Qida məhsullarının tərkibində trans yağ turşularının miqdarının minimuma endirilməsi məqsədilə trans yağ turşularının elmi risk qiymətləndirilməsi aparılıb. Bitki mənşəli yağlara dair sanitariya norma və qaydalarının layihələri hazırlanıb. Yaxın gələcəkdə qəbul ediləcək bu norma və qaydada bitki mənşəli yağlarda trans yağların kütlə payının 2 faizdən çox olmaması ilə bağlı tələb öz əksini tapacaq.

Xəbər lenti
0