Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş təhlükəsizlik şefini niyə qətlə yetiriblər?

© REUTERS / ISMAIL ZITOUNYМорг, фото из архива
Морг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər Ermənistan MTX-a rəhbərlik edib. Onu bu vəzifə "Məxmər inqilabı"ndan sonra Artur Vanetsyan əvəzləyib.

BAKI, 17 yanvar — Sputnik. Yerevanda, evlərdən birində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq rəhbəri Qeorqi Kutayanın cəsədi tapılıb. Sputnik Ermənistan bu barədə Ermənistanın İstintaq Komitəsinə istinadən xəbər verir.

Belə ki, paytaxtın Paruyr Sevakın küçəsində yerləşən evlərdən birində aşkarlanan cəsədin üzərində güllə yarası aşkarlanıb.

Hazırda hadisə yerində Ermənistan İstintaq Komitəsinin rəhbərinin müavini Artur Melikyan, həmçinin İstintaq Komitəsinin xüsusi önəmli işlər üzrə idarəsinin rəis müavini işləyir.

Bəzi KİV-in məlumatına görə, Kutoyan özünə qəsd edib.

Xatırladaq ki, Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər Ermənistan MTX-a rəhbərlik edib. Onu bu vəzifə "Məxmər inqilabı"ndan sonra Artur Vanetsyan əvəzləyib.

Xəbər lenti
0