CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya artımı ilə bağlı rəsmi cavab

© © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qərar ümumi orta aylıq əməkhaqqı artımı təsdiq olunandan sonra verilir. Amma yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə fevralın sonunda hər iki ayın artımını alacaqlar"

BAKI, 16 yanvar — Sputnik. Pensiyaçılar hər iki ayın artımını bir yerdə alacaqlar. Bu il yanvarın 1-dən bütün pensiyalar proqnoza uyğun olaraq indeksasiya ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O qeyd edib ki, yanvar ayında pensiyalar erkən ödənildiyinə görə bu ayın artımı pensiyaçılara fevral ayının ödənişi və artımı ilə birlikdə veriləcək: "Ötən il ölkədə iki dəfə pensiyaların və minimum əməkhaqlarının artırılması səbəbindən 2020-ci il yanvarın 1-dən etibarən pensiyaların əlavə 15% artacağı gözlənilirdi.

Bu il yanvarın 1-dən bütün pensiyalar proqnoza uyğun olaraq indeksasiya ediləcək. Qərar ümumi orta aylıq əməkhaqqı artımı təsdiq olunandan sonra verilir. Amma yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə fevralın sonunda hər iki ayın artımını alacaqlar".

Xəbər lenti
0