CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların maaşı ikiqat artıb

© Sputnik / Murad OrujovАзербайджанские манаты, фото из архива
Азербайджанские манаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər

BAKI, 16 yanvar — Sputnik. "Hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən kollegiya iclasında bildirib.

O qeyd edib ki, mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş "Fəxri dəmiryolçu" döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə "Əmək veteranı" adı verilib.

2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb.

Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Xəbər lenti
0