Sarkozinin qəfil Türkiyə sevgisi: istəyirəm, üçlük olsun

© AP Photo / Jacques BrinonФранцузский экс-президент Николя Саркози во время открытия предвыборной кампании во Франции
Французский экс-президент Николя Саркози во время открытия предвыборной кампании во Франции - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı olmuşam. Özü də Türkiyənin Avropa ölkəsi olmamasına görə yox"

BAKI, 16 yanvar — Sputnik. Fransanın sabiq prezidenti Nikola Sarkozi Rusiya, Türkiyə və Avropa İttifaqının iştirakı ilə yeni danışıqlar formatının yaradılması haqqında düşünməyi təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu sabiq prezident Harvard Universitetində çıxışı zamanı bildirib.

"Mən Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı olmuşam. Özü də Türkiyənin Avropa ölkəsi olmamasına görə yox. Türkiyə Kiçik Asiyada yerləşir, bu, çox böyük ölkə və sivilizasiyadır, onunla danışmaq lazımdır. Ola bilsin ki, Avropa İttifaqı, Rusiya və Türkiyə üçtərəfli formatında", - deyə Sarkozi qeyd edib.

"Mən həmişə demişəm ki, yeni, XXI əsrdə yeni ideyalara keçmək lazımdır", - Sarkozi vurğulayıb.

Xəbər lenti
0