Nazirlər Kabineti Azərbaycan Respublikasının "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, magistratura imtahanı ilə bağlı qəbul qaydalarında dəyişiklik etməyin vaxtı çatmışdı: “Azərbaycanda ali təhsil müəssisələri əmək bazarının tələblərinə və müasir standartlara cavab verən kadr hazırlığı həyata keçirə bilmir. Magistratura imtahanında ixtisas fənlərinin çıxarılması ixtisas bilikləri olan şəxslərin azalmasına və keyfiyyətin aşağı düşməsinə gətirib çıxaracaq. Bu sadələşdirmənin səbəbi odur ki, son illər magistratura təhsili almaq istəyənlərin sayı kəskin azalıb. İxtisas fənlərinin ləğv edilməsi gələcəkdə bizim üçün problemlər yaradacaq”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz