CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən ildən hamının gözlədiyi yenilik nə vaxt tətbiq olunacaq?

Abunə olmaq
Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara ASAN Xidmət Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

BAKI, 16 yanvar — Sputnik. 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin ediləcək, ipoteka kreditlərinin, o cümlədən bu kreditlərlə yanaşı, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi davam etdiriləcək.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a məlumat verilib.

Həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası" təsdiq edilib.

Təsdiq edilmiş Qayda ilə Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılması nəzərdə tutulub. Ötən dövr ərzində Fond tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirilib. Belə ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.

Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara ASAN Xidmət Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Xəbər lenti
0