CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumunun bu addımı əvvəlcə insanları sevindirəcək...

© Baku Transport AgencyParklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri
Parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir

 

BAKI, 16 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir: "Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik. Unutmayaq ki, biz yollarda tək deyilik!"

Xəbər lenti
0