CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı yollarına xüsusi maşınlar buraxılır: kamera ilə izləyəcək

© Baku Transport AgencyKameralarla təchiz olunan BNA avtomobilləri
Kameralarla təchiz olunan BNA avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək

BAKI, 15 yanvar — Sputnik. Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarət xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Qurumun mütəxəssislərinin rəyinə görə, qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılmasına imkan verən avtomobillər fasiləsiz nəzarəti həyata keçirmək baxımdan əhəmiyyətlidir.

Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.

© Photo : Baku Transport Agency
Kameralarla təchiz olunan BNA avtomobilləri - Sputnik Azərbaycan
1/3
© Baku Transport Agency
Kameralarla təchiz olunan BNA avtomobilli - Sputnik Azərbaycan
2/3
© Baku Transport Agency
BNA avtomobilinə quraşdırlan bort-kompüter - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, BNA-nın başlıca məqsədi paytaxtın küçə və prospektlərində fasiləsiz və təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyinin təmin etməkdir. Bunu nəzərə alaraq, bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də, avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək: "Bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edirik".

Xəbər lenti
0