BAKI, 15 yanvar — Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan bu gün səhər saatlarında bu ölkənin İstintaq Komitəsində sorğu-sual edilib. Sputnik Ermənistan xəbər verir ki, Baş Nazir "Facebook" səhifəsində hətta "selfie" paylaşıb.
"Ermənistan tarixində ilk dəfə ölkə rəhbəri İstintaq Komitəsinə gəlib və müstəntiqin otağında onun suallarını cavablandırır", - deyə Paşinyan yazıb.
Baş Nazir daha sonra zarafatla bildirib: "Siyasi təqibin elementləri göz qabağındadır".