CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik rəhbər vəzifələrə işçi axtarır

© Sputnik / Murad OrujovЗдание Министерства экологии и природных ресурсов Азербайджана
Здание Министерства экологии и природных ресурсов Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur

BAKI, 15 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbər vəzifələrə işçi axtarır. Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib. Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilərlər.

Azərçin Muradov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərçin Muradov: "O kitab bizim utanc yerimizdir"

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ETSN-nin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli  bildirib.

O qeyd edib ki, namizədlərin seçimi ETSN-nin, İDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin  mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.

"Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur”.

Şöbə müdiri onu da bildirib ki, seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək. “Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti)  30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”.

Elanla bu linkdən tanış ola bilərsiniz. 

Xəbər lenti
0