CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ölən tələbələrin meyitləri ölkələrinə göndərildi

© Sputnik / Musa MuradliSəhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsi
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Meyitin aparılması dövlət hesabına, Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib

BAKI, 15 yanvar — Sputnik. Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb. Bu barədə Sputnik Azərbaycan Şri-Lankanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda ağır faciə: Əcnəbi tələbələr tüstüdən boğularaq ölüblər

Məlumata əsasən, meyitin aparılması dövlət hesabına, Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, yanvarın 9-u Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Bədbəxt hadisə Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyətləri məlum olub. Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Xəbər lenti
0