BAKI, 15 yanvar — Sputnik. 2019-cu ildə Azərbaycan vətəndaşlığına qəbul və bərpa olunan şəxslərin sayı açıqlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. O deyib ki, ötən il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul və ya bərpa olunub.
V.Hüseynovun sözlərinə görə, 2018-ci ildə bu say 301 olub.