CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ünvanlı sosial yardım almaq istəyənlərə müjdə

© Sputnik / Murad OrujovÜnvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli
Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər olub

BAKI, 14 yanvar — Sputnik. "2019-cu ildə ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70%-ə qədər artırılıb, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər olub". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial müavinətlə bağlı dəyişiklik gəlir: Pis və ya yaxşı olmasına özünüz qərar verin

"Bu proqramın da genişləndirilməsinə dair Sizin tapşırıqlarınız olub, 2020-ci ildə də bu proqram genişləndiriləcək. Bir çox meyarlar yüngülləşdirilib. Bunun üzərində işlər mütəmadi olaraq davam edəcək və Azərbaycanda ünvanlı sosial yardım proqramının tam şəffaf, tam təkmil həyata keçirilməsi üzrə Sizin tapşırıqlarınız tam icra olunacaq. Sosial təminat sahəsində, sizin ən önəmli təşəbbüslərinizdən biri şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi idi. Bu proqram 98% icra olunub. On iki min şəhidimizin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənildi. Yəni, hazırda 300 nəfərə yaxın şəhidimizin vərəsələri tərəfindən, sadəcə, müraciət olmayıb. Müraciət edən hər bir şəxs vəsaiti əldə etdi. Mənzil təminatı proqramı çox genişlənib. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edilib. Bu da əlamətdar hadisə idi, dekabrın 24-də Siz öz ad gününüzdə böyük bir binanın açılışını da etdiniz və 96 mənzil Nizami rayonunda şəhid ailələrinə və müharibə əlillərinə təqdim olundu. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam edib və onlara 600 avtomobil təqdim edildi ki, bu da önəmli istiqamətlərdən biri idi", - deyə o qeyd edib.

Xəbər lenti
0