BAKI, 14 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp, öldürülən iranlı general Qasım Süleymaninin "qorxulu keçmişə" sahib olduğunu və onun Birləşmiş Ştatlara təhdid olub-olmamasının heç bir önəm daşımadığını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
İran etiraf etdi: “Ukrayna təyyarəsini səhvən vurmuşuq”
"Demokratlar və yalançı media 20 ildir edilməli olan şeyi sırf mən etdiyim üçün Süleymanini mükəmməl bir inşanmış kimi göstərməyə çalışır. İqtisadi və ya hərbi sahədə etdiyim hər şey demokratlar tərəfindən kiçik bir şey kimi göstərilməyə çalışılır. Heç bir şey etməyən demokratlar", - deyə Tramp öz səhifəsində yazıb.
O, eyni zamanda Süleymaninin ABŞ üçün təhdid olduğunu bildirib: "Yalançı media və onların demokrat ortaqları Süleymaninin ABŞ-a qarşı hücum planın olub-olmamasını araşdırır. Cavab bəllidir".
The Democrats and the Fake News are trying to make terrorist Soleimani into a wonderful guy, only because I did what should have been done for 20 years. Anything I do, whether it’s the economy, military, or anything else, will be scorned by the Rafical Left, Do Nothing Democrats!
— Donald J. Trump (@realDonaldTrump) 13 января 2020 г.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.
Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.