ELM

DİM: Magistraturaya qəbul qaydaları sadələşdirilib

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına, o cümlədən jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul istisna olmaqla digər ixtisaslar üzrə magistraturaya qəbul imtahanı yalnız bir mərhələdə keçiriləcək

BAKI, 14 yanvar — Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə magistratura səviyyəsinə qəbul qaydaları sadələşdirilib.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına, o cümlədən jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul istisna olmaqla digər ixtisaslar üzrə magistraturaya qəbul imtahanı yalnız bir mərhələdə keçiriləcək.

Студенты проверяют результаты, фото из архива - Sputnik Azərbaycan
ELM
Magistraturaya qəbulla bağlı vacib dəyişiklik

"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları"nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli Qərarına əsasən beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Əvvəllər bakalavrlar iki mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edirdilər.

Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından "məqbul" qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılırlar. Qeyd edək ki, bu ixtisaslara qəbul qaydalarında dəyişikliklər imtahanların məzmununa və mərhələlərin sayına təsir etməmişdir və əvvəlki qaydalarda da ixtisas magistraturasına və jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsini verdikdən sonra qabiliyyət imtahanında iştirak edirdilər.

Nazirlər Kabinetinin müvafiq dəyişikliklərlə bağlı qərarı ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti
0