BAKI, 14 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin bölgəsində iki şəhid verib. Bu barədə Sputnik Azərbaycan Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata əsasən bölgədə terrorçulara qarşı aparılan əməliyyat zamanı Türkiyə ordusunun bir əsgəri və bir təhlükəsizlik xidmətinin əməkdaşı ölüb.