Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb:
“Dövlət başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir. Hazırda ölkəmiz mühüm siyasi hadisə - parlament seçkiləri ərəfəsindədir. Böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşıb”.
Əli Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz