BAKI, 14 yanvar — Sputnik. Bakıda itkin düşən yeniyetmə qız tapılıb.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb: "Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb".