CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sığortalıyam" deyib arxayınlaşmayın, əlavə pul ödəyəcəksiniz

© Sputnik / Igor Zarembo / Mediabanka keçidОбследование на магнитно-резонансном томографе
Обследование на магнитно-резонансном томографе - Sputnik Azərbaycan
Abunə olmaq
Yəni ambulator müalicə olunan hər bir xəstə ilk dəfədən MRT və KT müayinəsindən keçdiyi halda 20 manat ödəməlidir. Xəstə ambulator qaydada yenidən MRT və KT-dən keçərsə, hər dəfə 20 manat ödəniş etməlidir.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. İcbari tibbi sığortaya cəlb olunan əhalidən sığorta haqqından əlavə müştərək maliyyələşmə məbləğinin tələb olunması anlaşılmazlığa səbəb olub. Vətəndaşlara bu günlərdə açıqlanan icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətlərlə əlaqədar hansı hallarda müştərək maliyyələşmə məbləğinin tətbiq edilməsi suallar yaradıb. Yaranan suallardan biri də sığortaolunanlardan MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləğinin hansı hallarda tələb olunmasıdır.

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazovla əlaqə saxlayıb. Şükür Eyvazov açıqlamasında bildirib ki, qeyd edilən məsələ "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə əksini tapıb. Ş. Eyvazov bildirib ki, İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərə tutulan tibbi xidmətlərdən istifadə zamanı tibbi xidmətlərə görə tələb olunan müştərək maliyyələşmə qaydasında bir sıra məqamlar var: "Onlardan biri də, sığortaolunanın ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT və KT xidmətinə görə 20 manat müştərək maliyyələşmə məbləği ödəməsidir. Yəni ambulator müalicə olunan hər bir xəstə ilk dəfədən MRT və KT müayinəsindən keçdiyi halda 20 manat ödəməlidir. Xəstə ambulator qaydada yenidən MRT və KT-dən keçərsə, hər dəfə 20 manat ödəniş etməlidir. Bu məbləğ xəstələrin MRT və KT müayinəsi ilə bağlı sui istifadə hallarına yol verməməsi üçün nəzərdə tutulub.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfininin tam siyahısı açıqlanıb

İcbari tibbi sığorta üzrə ekspert Allahverdi Alıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqində nəzərdə tutulan müştərək maliyyələşmə məbləği elə böyük məbləğ deyil. A.Alıyevin sözlərinə görə, pasiyentlər adətən MRT və KT müayinəsindən keçməyə daha çox meyl göstərirlər: "Xəstələrin həkim tövsiyəsi olmadan bu aparatlardan keçməsi düzgün deyil. Ona görə də, düşünürəm ki, sığortaolunanın MRT və KT üçün az da olsa ödəniş edilməsi sui-istifadə hallarının baş verməsinin qarşısını alacaq. Bu həm də imkan verəcək ki, MRT və KT-ə axın baş verməsin. Bu aparatlardan ehtiyacı olan xəstələr vaxtında yararlana bilsin".

Qeyd edək ki, aprel ayından etibarən sığortaolunan ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi halda, hər bir sığorta hadisəsinə görə 5 manat ödəməli olacaq. Tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə 5 manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə 15 manat ödənilir. Sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə 30 manat ödəyir. Sığortaolunan qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün 15 manat ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə ödəniş 90 manatdır. Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabineti "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ni təsdiq edib.

Xəbər lenti
0