CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarnında qayçı qalan qadınla bağlı TƏBİB-dən açıqlama

© Sputnik / Murad OrujovАзербайджанская международная выставка медицинских инноваций и индустрии красоты
Азербайджанская международная выставка медицинских инноваций и индустрии красоты - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib

BAKI, 14 yanvar — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı məlumatalara münasibət bildirib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il iyulun 2-də pasient Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub.

2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb. Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib", - TƏBİB-dən bildirilib.

Xəbər lenti
0