CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şöbə müdiri direktor təyin edildi

© Sputnik / Murad OrujovMəmur
Məmur - Sputnik Azərbaycan
Abunə olmaq
Araz Əlihüseyn oğlu Manuçeri-Lalenin yerinə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin olunub

BAKI, 14 yanvar — Sputnik. Respublika Narkoloji Mərkəzinə yeni direktor təyin edilib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Qeyd edək ki, ötən gün mətbuatda Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalenin işdə yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı barədə məlumat yayılmışdı. Respublika Narkoloji Mərkəzinin keçmiş baş direktoru Sputnik Azərbaycan-a açıqlamasında isə bildirib ki, səhhətindəki problemlərlə əlaqədar olaraq ərizə yazaraq işdən çıxıb: "Həm buradakı fəaliyyətim, həm universitetdə dərs demək gərginliyə səbəb oldu. Hiss edirəm ki, səhhətimin qeydinə qalmalıyam. Səhhət hər şeydən vacibdir. Bu səbəbdən də ərizə yazaraq işdən çıxdım. Müalicə olunmaq, dincəlmək istəyirəm. Çünki son illərdə gərgin iş səhhətimdə problemlərə səbəb oldu. Bu səbəbdən də iş ritmini azaltmaq məcburiyyətindəyəm".

Lakin A.Manuçəri səhhətində yaranan problem, xəstəlik haqda danışmayıb. O, haqqında yayılan bəzi məlumatlara da münasibət bildirərək bunların yalan olduğunu deyib.

Xəbər lenti
0