CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş həkim olaylara cavab verməkdənsə, qeyri-adi təklif verdi

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidОперация на открытом сердце, фото из архива
Операция на открытом сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən bu xalqın həkimiyəm, qulluqçusuyam. Buyurun gəlin Gəncəyə, nəsə köməklik etməyə çalışaram. Bakıda oturub Gəncədən niyə yazırsınız, regionu sayıb, gəlmirsinizsə?" - Qayçı olayına münasibət

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 yan — Sputnik. Azərbaycanda əməliyyatda qadının bədənində qayçı qalıb. Hadisə Gəncə şəhərində baş verib. Belə ki, həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhəmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub. Mediada yayılan məlumata görə, Laləzar Orucova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib. Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.

Məsələ ilə bağlı adıçəkilən xəstəxananın baş həkimi Qafar İbrahimov ilə əlaqə saxlasaq da, o, bu haqda məlumat verməkdən imtina edərək bunları deyib: "Mən telefonla məlumat vermirəm. Sizə maraqlıdırsa, durun gəlin Gəncəyə".

"Mən bu xalqın həkimiyəm, qulluqçusuyam. Buyurun gəlin Gəncəyə, nəsə köməklik etməyə çalışaram. Bakıda oturub Gəncədən niyə yazırsınız, regionu sayıb, gəlmirsinizsə?".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirildiyinə görə, 2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb. Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib

Xəbər lenti
0