Təcrübəyə gələn məktəbli iki günəşi olan yeganə planet tapdı - VİDEO

Abunə olmaq
Planetin orbiti ulduzlarınkı ilə, demək olar ki, eyni müstəvidədir, buna görə də orada müntəzəm olaraq tutulmalar baş verir

BAKI, 13 yanvar — Sputnik. Amerikada onuncu sinif şagirdi Volf Kuker Milli Aerokosmik Agentlikdə (NASA) təcrübədə olarkən planet aşkarlamağa kömək edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın saytında məlumat verilib.

2019-cu ilin yayında Volfu Qoddar adına Kosmik Uçuş Mərkəzinə dəvət ediblər. Birinci tapşırıq ekzoplanet axtarışında olan TESS teleskopu missiyası çərçivəsində ulduzların parlaqlığının dəyişməsini izləməkdi. Təcrübənin üçüncü günündə könüllülərin iki ulduzdan ibarət sistem haqda məlumatlarını öyrənərkən Kuker onların orbitində qəribə kölgə sezib. Əvvəlcə şagird elə bilib ki, ulduz tutulmasını görür, amma bu, proqnozlarla üst-üstə düşmürdü. Nəticədə yanvarda NASA Yerdən 1.3 min işıq ili aralıda yerləşən yeni - TOI 1338b planetinin kəşf olunduğunu bəyan edib.

TOI 1338b - həmin ulduz sisteminin indiyədək məlum olan yeganə planetidir. Yəni başqa sözlə desək, iki ulduza, günəşə malik yeganə planetdir. O, Yerdən təxminən 6.9 dəfə böyükdür. Günəş sisteminin obyektləri ilə müqayisə etsək, ölçüsünə görə Saturnla Neptun arasında mövqe tutardı. Planetin orbiti ulduzlarınkı ilə, demək olar ki, eyni müstəvidədir, buna görə də orada müntəzəm olaraq tutulmalar baş verir.

Xəbər lenti
0