BAKI, 13 yanvar — Sputnik. Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində 2019-cu ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunan müşavirə keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
© AR Ministry of DefenceBakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib
Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib
Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə qarnizon ərazisində görülən işlər, əldə olunan uğurlar barədə çıxış edib. O, 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.