CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Araz Manuçəri işdən çıxmasından danışdı

© Facebook / Araz ManucheriRespublika Narkoloji Mərkəzinin sabiq rəhbəri Araz Manuçəri
Respublika Narkoloji Mərkəzinin sabiq rəhbəri Araz Manuçəri - Sputnik Azərbaycan
Abunə olmaq
"Müalicə olunmaq, dincəlmək istəyirəm. Çünki son illərdə gərgin iş səhhətimdə problemlərə səbəb oldu. Bu səbəbdən də iş ritmini azaltmaq məcburiyyətindəyəm" - Araz Manuçəri

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Respublika Narkoloji Mərkəzinin rəhbəri Araz Manuçəri işdən çıxıb. O, Sputnik Azərbaycan-a açıqlamasında bu barədə məlumat verib. Bildirib ki, səhhətindəki problemlərlə əlaqədar olaraq ərizə yazaraq işdən çıxıb: "Həm buradakı fəaliyyətim, həm universitetdə dərs demək gərginliyə səbəb oldu. Hiss edirəm ki, səhhətimin qeydinə qalmalıyam. Səhhət hər şeydən vacibdir. Bu səbəbdən də ərizə yazaraq işdən çıxdım".

"Müalicə olunmaq, dincəlmək istəyirəm. Çünki son illərdə gərgin iş səhhətimdə problemlərə səbəb oldu. Bu səbəbdən də iş ritmini azaltmaq məcburiyyətindəyəm", - deyə o əlavə edib. Lakin A.Manuçəri səhhətində yaranan problem, xəstəlik haqda danışmayıb. O, haqqında yayılan bəzi məlumatlara da münasibət bildirərək bunların yalan olduğunu deyib.

Xəbər lenti
0