CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış, qar, şaxta - Ölkə ərazisindəki faktiki hava

© Sputnik / Murad OrujovЗанесенный снегом дорожные знаки
Занесенный снегом дорожные знаки - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

BAKI, 13 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

Sputnik Azərbaycan xəbər verir ki, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

Xəbər lenti
0