Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ulduz məhəbbət üçbucağı: İki məşhur bəstəkarın bir rəqs kraliçası uğrunda mübarizəsi

© © Courtesy of Parvin Muradova Амина Дильбази
 Амина Дильбази - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın əfsanəvi rəqqasəsi Əminə Dilbazinin Amerikada yaşayan qızı Pərvin Muradova anasının həyatı barədə maraqlı faktları açıqlayıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Prezident İlham Əliyev Azərbaycanın xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncam çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bakıda keçirilən bütün yubiley tədbirlərində Əminə Dilbazinin artıq 30 ildir Amerikada yaşayaq qızı, Florida (ABŞ) Texnologiya Universitetinin musiqi professoru, "Musiqi təhsili və autizm" fondunun promouteri və kreativ proqram direktoru Pərvin Muradova iştirak edib. O, Sputnik Azərbaycan-a müsahibəsində xalq artistinin həyatının maraqlı təfərrüatlarını açıqlayıb.

Фарид Казаков, получил престижную премию Азербайджана Trend of the Year 2019 в номинации «Самый успешный танцор» - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı rəqqas "Sənət ulduzu" layihəsinin Qran-Prisinə layiq görülüb

- Pərvin xanım, sizin hər iki valideyniniz - atanız, bəstəkar Cövdət Hacıyev və ananız, rəqqasə Əminə Dilbazi Azərbaycanın xalq artistləri olublar. Belə məşhur şəxslərin qızı olmaq asandır?

- Bu, asan deyil, çox çətindir. Yaxşı mənada mən heç kəsə bunu arzulamıram. Məşhur adamların qızı olmaq sadəcə o baxımdan yaxşıdır ki, yaradıcı insanların mühitində böyüyürsən. Onlar ömürlərinin sonuncu gününə qədər öyrənməyi davam etdiriblər. Atam həmişə deyirdi: "Öyrənmək üçün heç vaxt məhdudiyyət yoxdur. Ömrünün axırına qədər öyrən və heç vaxt elə hesab etmə ki, hər şeyi bilirsən". O, haqlı idi, həmişə nəsə yeni bir şey görməyə və öyrənməyə ehtiyac var. Onlar həmişə işləyirdilər, hətta evdə belə. Bizim evimiz yaradıcılıq laboratoriyasını xatırladırdı.

Mən ailənin ən kiçiyi olmuşam. Evdə mənimlə qalacaq kimsə olmadığından, anam hər yerə məni özü ilə aparırdı. Mən hamını tanıyırdım - Leyla Bədirbəylini, Şövkət Ələkbərovanı və başqalarını. Onların hamısı sadə adamlar idi. Onların hər hansı geniş tələbləri yox idi. Sadəcə, öz xalqını sevirdilər. Həmişə pis vəziyyətdə olan avtobuslarda qastrola gedirdilər, amma heç biri, nə Şövkət xanım, nə mənim anam, nə də başqaları, heç vaxt şikayətlənmirdilər, onlara yaxşı avtomobilin verilməsini tələb etmirdilər.

Onlar öz yaradıcılıqlarını heç vaxt onları televizorda görməmiş insanlara çatdırmağa çalışırdılar. Səkkiz-on saatlıq yoldan sonra səhnəyə çıxırdılar və öz yorğunluqlarını göstərmirdilər. Mən avtobusda onların dizi üstə yatırdım. Şövkət Ələkbərova hətta mənə layla deyirdi.

Rəqqasə Oksana Rəsulova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Rəqqasə Oksana yeni layihəsindən danışdı

- Son müsahibələrindən birində Əminə xanım etiraf etmişdi ki, özünü unudulmuş və heç kəsə lazım olmayan adam kimi hiss edir. Niyə?

- Zaman dəyişmişdi, ona görə ölkə də artıq başqa idi. Onu unutmaq mümkün deyildi. Anam Azərbaycan incənətinin yox olacağından narahat idi. O qorxurdu ki, birdən kimsə Azərbaycan rəqslərini mənimsəyər və onlar unudular. Onun çox yüksək standartları var idi. Ona görə də rəqs sənətində baş verənləri qəbul edə bilmirdi. Amma anam üçün təşkil olunan yubiley mərasimlərini görəndən sonra əminliklə demək olar ki, o, unudulmayıb, onu xatırlayırlar.

- O vaxtlar valideynlər qızlarının incəsənətlə, öz növbəsində aktrisalıq, balerinalıq və rəqqasəliklə məşğul olmasının əleyhinə idilər. Bəs Əminə Dilbazinin ata-anası qızlarının bu seçimini necə qarşılamışdılar?

- Nənəm çox müasir qadın olub. O, anamı əvvəlcə onu fortepianoya qoymağı məsləhət görən Üzeyir Hacıbəylinin yanına aparıb, sonra isə o, rəqqasəlik sənətini seçib. Nənəm bugünlə yaşayan insan olmayıb, gələcəyi görüb. Nənəmin ata tərəfi də elə olub.

- Ananız çoxlu qastrollara gedib və onun çox sayda pərəstişkarları olub, ona bahalı hədiyyələr veriblər...

- Bəli, onun pərəstişkarlarının sayı-hesabı yox idi. Ona tez-tez müxtəlif hədiyyələr verirdilər. Bu, bir daha onu göstərir ki, xalq onun yaradıcılığını çox sevirdi. Anam açıq adam idi, özündənmüştəbeh deyildi. Hazırda mən 30 və daha yuxarı yaşlı, hətta ən adi uğurlara belə imza atmamış artistlərlə bir yerdə dayananda onların necə özlərindən müştəbel olduğunu görürəm və düşünürəm ki, bəs bizim ölkənin qızıl nəsli necə oldu? Anam həmişə ictimaiyyətə açıq adam idi. Hamı ona birbaşa müraciət edə və ondan kömək istəyə bilərdi. Bizə hamı gəlirdi və anam onlara bacardığı qədər kömək edirdi. Artist xalqa açıq olanda, onu sevirlər və insanlar ona olan borclarını bir şəkildə ödəməyə çalışırlar.

Rəqqaslar - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan rəqqasları üç nəfərin çörəyini yeyir

- Ananızın sevgisini qazanmaq üçün ona Azərbaycanın iki məşhur şəxsi öz əlini uzatmışdı - Fikrət Əmirov və Cövdət Hacıyev. Amma bildiyimiz qədər Əminə xanım seçim edərkən ikincinin üzərində dayanmışdı. Ananız sizə öz sevgi hekayəsini danışmışdı?

- Onların sevgi hekayəsini özləri əlbəttə ki, daha yaxşı danışardılar, çünki onda mən heç dünyada olmamışam. Düşünürəm ki, bu, yaradıcı və ulduz üçbucağı olub. Baxmayaraq ki, anam Fikrət Əmirovla ailə qurmaq fikrini dəyişib, bizim ailələrimiz arasında həmişə əlaqə olub.

Yəqin ki, anamla atam arasında hansısa cazibə olub və ona görə də anam öz seçimində atamın üzərində dayanıb. Anam həyatı boyu həmişə atam üçün ilham mənbəyi olub. Düşünürəm ki, həyatda qazandığı hər şeyə görə atam anama borcludur. Necə deyərlər, hər uğurlu kişinin arxasında bir qadın dayanır. Mənim anam gəmi kapitanı kimi idi. O, həmişə bizi idarə edirdi və biz həmişə əmin idik ki, o, bizə düzgün istiqamət verəcək. Atamın bütün yaradıcılığı ona və bizə həsr olunmuşdu.

Biz isə öz növbəmizdə valideynlərimizin canlı əsərləriyik. Onlar bizim üçün gözəl ailə nümunəsi olublar. Bəxtim gətirib ki, mənim belə valideynlərim olub. Bizim ailədə atamın öz rolu olub, anamın da öz rolu. Biz həmişə anamızın atamıza hörmətini hiss etmişik. İstənilən uşaq üçün bu, çox vacibdir. Çünki xüsusilə qızların ilk məhəbbəti ataları, oğlanlarınkı isə anaları olur və onlar öz övladlarına güc və əminlik verirlər.

Jurnal qalıqlarından gözəl rəsm əsərləri - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Müəllif hüququnu sübut etmək üğün ağlagəlməz üsuldan istifadə edən sənətkar

- Bu düzdür ki, onlar hərbi komissarlıqda evləniblər?

- Bəli. Onda müharibə vaxtı olub.

- Ananız rəqs məktəbi açmaq istəyib. Onun bu ideyasını reallaşdırmağı düşünmürsünüz ki?

- Bunu etməyi çox istəyərdim. Bakıda olarkən Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında bir gənc rəqqasənın çıxış etdiyi konsertdə iştirak etdim. O, mənim anamın iki rəqsini ifa etdi. O, bunu o qədər gözəl elədi ki, mən onda öz anamı gördüm, hətta ağladım. Hesab edirəm ki, Əminə Dilbazi adına məktəb yaratmaq lazımdır. Bu, mənim arzumdur. İnternetdə anamın nümayiş etdirdiyi böyük həcmdə videolar var. Orada anam necə rəqs etmək lazım gəldiyini öyrədir. Təəssüf ki, onları təhsil müəssisələrində göstərmirlər.

- Artıq uzun müddətdir ki, Amerikada sizin "Musiqi təhsili və autizm" fondu fəaliyyət göstərir. Bu fond nə ilə məşğuldur?

Известный певец Муслим Магомаев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı

- Məlumdur ki, musiqi müalicə edir, sakitləşdirir, özünü ifadə etməyə kömək edir. Mənim şagirdlərim arasında autist uşaqlar var. Onlarla çoxillik iş onların kateqoriyalara bölünməyəcəyi festivallar, konsertlər, çıxışlar təşkil edilməsi fikrini ortaya çıxardı. Bu cür tədbirlərdə onlar layiq olduqları qiyməti və istedadlarına diqqəti alacaqlar.

2015-ci ildə Nyu-Yorkdakı Karnegi Holl-da ilk xeyriyyə qala-konserti keçirildi. Konsert "Musiqi təhsili və autizm" fondunun xeyrinə təşkil olunmuşdu. Bu, ruhun və istedadın bayramı idi, valideynlər öz övladlarının uğurunu səhnədə görməli, alqışları eşitməli, tamaşaçıların sevincini hiss etməli idilər. Bu hadisə bir daha hamımızı inandırdı ki, bizim insan kimi vəzifəmiz autizmli uşaqlara həyatdan tam zövq almağa, özünü ifadə etməyə kömək etmək, ümid verməkdir.

- Nə vaxt Amerikada beynəlxalq Əminə Dilbazi festivalını keçirməyi planlaşdırırsınız?

- Hələlik dəqiq deyə bilmərəm, lakin biz onu 2020-ci ilin mayında keçirməyi planlaşdırırıq. Festivalda müxtəlif ölkələrdən rəqqaslar iştirak edəcəklər, çünki Xalq artisti dünyanın bütün rəqslərini ifa edib. Layihənin ən əsas şərtlərindən biri bütün çıxışların Dilbazinin rəqs standartlarına uyğun gəlməsidir.

Xəbər lenti
0