BAKI, 13 yanvar — Sputnik. Zığ, Abşeron rayonunun Masazır qəsəbəsində "Zəli gölü" və Nübar qəsəbəsindəki bəzi yerlər sürüşməyə meylli ərazilərdir.
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş mühəndisi Əziz Qaralov məlumat verib.
O bildirib ki, hazırda Abşeron yarımadasındakı sürüşmə ərazilərində elə ciddi dəyişiklik müşahidə edilmir. Bölgələrdə sürüşmə ərazilərində lokal tipli xırda uçqunlar baş verir.
Badamdar sürüşmə zonasında isə vəziyyət gərgin olaraq qalır.
Onun sözlərinə görə, sürüşməyə əsas səbəb atmosfer çöküntüləri və ərazidə kanalizasiya sisteminin olmamasıdır.