CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlarda "paşa" ölkələr fəth edir, bizdə isə "Topuş"a qoşulub...

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb.

BAKI, 13 yanvar — Sputnik. Saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlayan "Topuş" və "Paşa" ləqəbli şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi və Baş Sumqayıt Xətt Polis Bölməsi əməkdaşları tərəfindən saxta pulların dövriyyəyə buraxılması, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlama cinayətləri törətməkdə şübhəli bilinən şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əsginası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı qeyd edilən saxta əsginaslar aşkar olunaraq götürülüb. H.Heydərovun ətrafında keçirilən əlavə tədbirlərlə onun saxta əsginasları tanışı paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub. P.Məmmədovun üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da iştirak ediblər. P.Məmmədovun yaşadığı evə baxış zamanı saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar, həmçinin 1 ədəd "AKSU 74" markalı avtomat silah və ona məxsus 5 ədəd patron, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. P.Məmmədov ifadəsində silah-sursatın və metamfetaminin ona məxsus olduğunu və saxta pulları H.Heydərovla birlikdə hazırladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə  araşdırmalar davam etdirilir.

© AR Ministry of Internal AffairsSaxlanılan “Topuş” və “Paşa” ləqəbli şəxslərin saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar
“Topuş” və “Paşa”nın saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar - Sputnik Azərbaycan
1/4
“Topuş” və “Paşa”nın saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar
© AR Ministry of Internal AffairsSaxlanılan “Topuş” və “Paşa” ləqəbli şəxslərdən götürülən “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron
Polis tərəfindən saxlanılan şəxslərdən götürülən “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron - Sputnik Azərbaycan
2/4
Polis tərəfindən saxlanılan şəxslərdən götürülən “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron
© AR Ministry of Internal AffairsSaxlanılan Heydər Heydərov
Saxlanılan Heydər Heydərov - Sputnik Azərbaycan
3/4
Saxlanılan Heydər Heydərov
© AR Ministry of Internal AffairsSaxlanılan şəxs Pərviz Məmmədov
Saxlanılan Pərviz Məmmədov - Sputnik Azərbaycan
4/4
Saxlanılan Pərviz Məmmədov
1/4
“Topuş” və “Paşa”nın saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar
2/4
Polis tərəfindən saxlanılan şəxslərdən götürülən “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron
3/4
Saxlanılan Heydər Heydərov
4/4
Saxlanılan Pərviz Məmmədov

Qeyd edək ki, saxlanılan hər iki şəxs cinayət törətməyə meylli şəxslər kimi xarakterizə olunurlar. Heydər Heydərovun özünə "Topuş", Pərviz Məmmədov isə "Paşa" ləqəbi götürərək müxtəlif qanunsuz pozuntuları və hüquqazidd əməllər törətdikləri ehtimal olunur. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Xəbər lenti
0