CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz ət kəsimi yerləri təhlükə mənbəyidir – ekspert xəbərdarlıq edir

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istehlakçıların dövlət orqanlarına, baytarlıq komitəsinə inamı artmalıdır
Eyyub Hüseynov: “Marketlərdə satılan ətlər təhlükəsiz deyil”

“Biz çalışırıq ki, normativlərə cavab verən yetərli sayda kəsim məntəqələri açılsın. Biz bunu təşviq edirik. Təşviq edirik ki, sahibkarlar bu sahəyə yatırım etsinlər”. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, AQTA-nın apardığı işlər zəruridir, ancaq kafi deyil:

“Ölkə paytaxtı qəssabxanaya çevrilib. Bu məsələnin inzibati yolla həlli mümkün deyil. Gərək istehlakçıların dövlət orqanlarına, baytarlıq komitəsinə inamı artsın. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, satılan bütün məhsullar, o cümlədən ətlər qablaşdırılmış formada satılmalıdır. Lakin marketlərdə də ətlərin açıq satışı müşahidə edilir. Əhali bilməlidir ki, marketlərdə də satılan ətlər təhlükəsiz deyil”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0