BAKI, 13 yanvar — Sputnik. Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.