Biz qar arzulayırıq, onlarda isə bu təbiət hadisəsi 10-dan çox adamı öldürüb

© AFP 2024 / BANARAS KHANСнегопад в пакистанском городе Кветта, фото из архива
Снегопад в пакистанском городе Кветта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yağıntılar nəqliyyatın hərəkətinə də təsirsiz ötüşməyib. Belə ki, vilayətdə qatarlar gecikmə ilə hərəkət edir.

BAKI, 13 yanvar — Sputnik. Pakistanın qərbində yerləşən Bəlucistan vilayətində güclü qar və yağış yağması nəticəsində ən azı 14 nəfər ölüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Məlumata əsasən, Bəlucistan vilayətinin müxtəlif rayonlarında son günlər yağan yağıntının həcmi 20 il əvvəl qeydə alınan rekord göstəriciləri yeniləyib. Yağıntılar nəticəsində Kvetta şəhərinin beynəlxalq hava limanında aviareyslər təxirə salınıb. Sinoptiklər regionda yağıntıların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

Yağıntılar nəqliyyatın hərəkətinə də təsirsiz ötüşməyib. Belə ki, vilayətdə qatarlar gecikmə ilə hərəkət edir. Qeyd olunur ki, Pakistan və Əfqanıstanı birləşdirən Kxozak-Pass avtomobil yolunda da qar uçqunu baş verib. Nəticədə hər iki ölkədə kilometrlərlə tıxac yaranıb.

Vilayət rəhbərliyi ölənlərin sayının artacağını istisna etmir və təbii fəlakətin baş verdiyi ərazidən əhalinin təxliyə etmək niyyətində olduğunu bildirib.

Xəbər lenti
0