BAKI, 12 yanvar — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında yeddi üzv ölkə təşkilatın büdcəsinə üzvlük haqqını ödəmədiyinə görə səs hüququndan məhrum edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, Livan, Venesuela, Mərkəzi Afrika Respublikası, Qambiya, Lesoto, Tonqa və Yəmənə müvəqqəti məhdudiyyət qoyulub. Səbəb isə onların borcunun məbləğinin son iki il ərzindəki ödəmələrini xeyli üstələməsidir.
Səs hüququndan məhrumetmə BMT Nizamnaməsinin 19-cu maddəsi ilə nəzərdə tutulub.
2019-cu ildə BMT-nin 193 ölkəsindəın 146-sı üzvlük haqqını ödəyib. 47 ölkə isə borclarını ödəməyib. ABŞ-ın BMT-yə borcu 491 milyon dollar təşkil edir.
2017-ci ildə isə İsrail, bu qurum özünün yəhudi dövlətinə qarşı münasibətini dəyişməyəcəyi təqdirdə, BMT-yə dəstək göstərməkdən və onu maliyyələşdirməkdən imtina edəcəyini bildirmişdi.
BMT-nin ən iri donoru isə ABŞ-dır. Onun üzvlük haqqı - 2.6 milyard dollar - təşkilatın büdcəsinin 22%-idir.