Trampın güvəndiyi "dağlar" ondan narazıdır

© REUTERS / KEVIN LAMARQUEBirləşmiş Ştatlar Prezidenti Donald Tramp
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalıların 52 faizi hesab edir ki, SEPAH generalı Qasım Süleymaninin öldürülməsi Amerika Birləşmiş Ştatlarında təhlükəsizliyə mənfi təsir göstərib

BAKI, 12 yanvar — Sputnik. ABŞ sakinlərinin əksəriyyəti Prezident Donald Trampın İranla bağlı siyasətini təqdir etmir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ABC News Ipsos şirkətinin məlumatlarına istinadən bildirib.

Qeyd olunur ki, rəyi soruşulanlardan 56%-i Trampın hərəkətlərini qınayıb. 43% respondent isə İran məsələsində Prezidentin siyasətini dəstəkləyib.

Президент России Владимир Путин и президент Сирии Башар Асад в кафедральном соборе Пресвятой Богородицы в Дамаске - Sputnik Azərbaycan
RUSİYA
Putindən təklif: "Trampı Suriyaya dəvət edin"

Amerikalıların 52 faizi hesab edir ki, SEPAH generalı Qasım Süleymaninin öldürülməsi Amerika Birləşmiş Ştatlarında təhlükəsizliyə mənfi təsir göstərib. Rəyi soruşulanların dörddə biri generalın öldürülməsinin ABŞ-da təhlükəsizliyi daha da gücləndirdiyini, 22 faizi isə bunun ölkəyə ümumiyyətlə heç bir təsir etmədiyini vurğulayıb.

Araşdırmada yaşı 18-dən yuxarı olan 525 amerikalı iştirak edib. Sorğu 10-11 yanvar ərzində aparılıb.

Yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Xəbər lenti
0