BAKI, 12 yanvar — Sputnik. Amerikalı model Keylen Uord Avstraliyada meşə yanğınları ilə mübarizə məqsədilə öz çılpaq şəkillərini sataraq, 700 min dollar pul yığıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 20 yaşlı gənc fəal meşə yanğınları üçün 10 dollar ianə verən hər kəsə öz çılpaq şəklini göndərir.
— Kaylen Ward (@kaylen_wards) January 8, 2020
Öz çılpaq şəkilləri ilə yayın sonlarındann pul qazanmağa başlayan Keylenin sözlərinə görə, meşə yanğınları zamanı dəhşətli hadisələri görəndən sonra pul yığmağa başlayıb.
Qız etiraf edib ki, Instagram sosial şəbəkəsi onun profilini əngəlləyib, ailəsi ona qarşı çıxıb, xoşuna gələn oğlan isə daha onunla ünsiyyətdə olmaq istəmir.
"Amma heç nə vecimə deyil, koalaları xilas etmək lazımdır" – deyə qız bildirib.
Los-Ancelesli model danışıb ki, o əvvəlcə bir neçə min dollar yığmağı düşünüb. Və hətta özü üçün 1000 dollar ayırıb. Ancaq qızdan o qədər intim fotolar istəyən olub ki, o məcbur qalaraq özünə 4 yardımçı da götürüb.
Uordun bu ideyası fləşmoba çevrilib. Belə ki, sosial şəbəkə istifadəçiləri #nakedforaustralia həştəqi ilə hamıya öz lüt şəkillərini ianə qarşılığında təklif edib.