İran generalı üçün İraqda abidə qoyulacaq

© AFP 2023 / MAHMOUD ZAYYATМужчины держат фотографию генерала Касема Солеймани, убитого во время авиаудара США в Багдаде, фото из архива
Мужчины держат фотографию генерала Касема Солеймани, убитого во время авиаудара США в Багдаде, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatın sözlərinə görə, abidənin konkret yeri Mülki Aviasiya İdarəsi, şiə qruplaşması və Bağdad təhlükəsizlik İdarəsi ilə məsləhətləşmələrdən sonra təyin ediləcək

BAKI, 12 yanvar — Sputnik. İraqın Mədəniyyət Nazirliyi bazar günü şiə qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndis və İran generalı Qasım Süleymaninin qətlə yetirildiyi yerdə abidə qoyulmasına icazə verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Parlamentin mədəniyyət və turizm məsələləri üzrə komitəsinin üzvü Əli əl-Hmeydaui deyib.

Deputat bildirib ki, Mədəniyyət Nazirliyinə Süleymani və Mühəndisin öldürüldüyü Bağdad aeroportu yaxınlığındakı yerdə monument quraşdırılmasını təklif edib.

"Mədəniyyət naziri ilə görüşdə abidənin qoyulması barədə razılıq əldə edildi. Nazir Baş İncəsənət İdarəsinə komissiya təşkil etməyi, tender elan etməyi və Heykəltaraşlar Assosiasiyası ilə bu məsələ ilə bağlı əlaqə yaratmağı tapşırdı", - Hmeydaui deyib.

Прощание с генералом Корпуса стражей исламской революции (КСИР) Касемом Сулеймани в Тегеране  - Sputnik Azərbaycan
Sirlər açılır: Süleymani vurulandan sonra ABŞ və İran gizli danışıqlar aparıb

Deputatın sözlərinə görə, abidənin konkret yeri Mülki Aviasiya İdarəsi, şiə qruplaşması və Bağdad təhlükəsizlik İdarəsi ilə məsləhətləşmələrdən sonra təyin ediləcək.

Yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Xəbər lenti
0