Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bir Xəzər var idi, bir köhnə qayıq, bir də... Adam - VİDEO

© © Alfeka / ADO / Adam / 2019ADO teatrında "Adam" qısametrajlı sənədli filmindən səhnə
ADO teatrında Adam qısametrajlı sənədli filmindən səhnə - Sputnik Azərbaycan
Abunə olmaq
Kürdili yarımadasının hekayəsindən bəhs edən "Adam" sənədli filmində Vitali Proninin hekayəsi onun öz dilindən danışılır və filmdə ancaq bir nəfərin xatirələri canlandırılır, arzuları paylaşılır.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. ADO teatrında "Adam" qısametrajlı sənədli filminin təqdimatı keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, təqdimat yanvarın 14-ü saat 19:00-da baş tutacaq.

Filmdə hadisələr Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdili yarımadasında baş verir. Yarımadada yerləşən iki kənddə yaşayanlar zamanla adanı tərk etsələr də, Vitali üçün bura axırıncı dayanacaq olur. Atasını və anasını torpağa verdiyi, uşaqlığının, gəncliyinin keçdiyi torpaqları tərk etmir. Geriyə böyük torpaq parçası və ömrünün, demək olar ki, 66 ilini bu adada keçirmiş Vitali qalır.

Kürdili yarımadasının hekayəsindən bəhs edən "Adam" sənədli filmində Vitali Proninin hekayəsi onun öz dilindən danışılır və filmdə ancaq bir nəfərin xatirələri canlandırılır, arzuları paylaşılır.

Filmin rejissoru və quruluşçu operatoru Emil Əli, prodüserləri Qan Turalı, Ali Araz, içracı prodüseri Fuad Cəfərovdur. Musiqini Aleksandr Şamaluyev yazıb.

Film indiyədək İstanbul Memarlıq və Şəhər Qısa Filmləri Festivalı, Inshort Beynəlxalq Film Festivalı, World Film Fair New York, Türk Dünyası Sənədli Film Festivalı və digər festivallarda uğurla iştirak edib.

Qeyd edək ki, bu günlərdə filmin qəhrəmanı olan Vitali dünyasını dəyişib. Təqdimat mərhumun xatirəsinə ithafən baş tutacaq.

Xəbər lenti
0