Taal vulkanı oyandı, əhalini köçürürlər - VİDEO

© AFP 2023 / DAVID MCNEWKaliforniyada oyanmaqda olan vulkan
Kaliforniyada oyanmaqda olan vulkan - Sputnik Azərbaycan
Abunə olmaq
Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) vulkan püskürməsi təhlükəsini beşballıq şkala üzrə 3-cü həddə müəyyənləşdirib

BAKI, 12 yanvar — Sputnik. Filippin hökuməti Batanqas əyalətinin üç yaşayış məntəqəsindən 80 mindən çox adamın təxliyəsinə başlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN Philippines telekanalı məlumat yayıb.

Təşvişə səbəb Taal vulkanının atmosferə 1 km hündürlükdə kül püskürməsidir. Risklərin Azaldılması və Təbii Fəlakətlərə Hazırlığın Təminatı üzrə Milli Şuradan Telekanala bildiriblər ki, San-Nikolas, Balete və Talisay şəhərləri boşaldılır. 2015-ci ildə onların əhalisi müvafiq olaraq 22, 22 və 45 min nəfər təşkil edirdi.

Taal vulkanı bazar günü oyanıb. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) vulkan püskürməsi təhlükəsini beşballıq şkala üzrə 3-cü həddə müəyyənləşdirib. Qurum vulkana yaxın ərazilərdən əhalinin köçürülüməsini tövsiyə edib.

Vulkana yaxın rayonlarda yağış yağır. Yağışla birlikdə kül və kiçik daş parçaları da yağır.

Xəbər lenti
0