Bəyaz gözəlliyin əsarətində iyirmi üç gün: evin külü ilə xilas oldu - VİDEO

© Sputnik / Pavel Lvov / Mediabanka keçidРассвет, наблюдаемый с Солнечной горки в Мурманске
Рассвет, наблюдаемый с Солнечной горки в Мурманске - Sputnik Azərbaycan
Abunə olmaq
Özünə birtəhər daldalanacaq düzəldən Tayson Stil qarın üzərində SOS yazıb, üstünə kül tökərək günlərlə kömək gözləyib

BAKI, 12 yanvar — Sputnik. ABŞ-ın Alyaska ştatının polisi evi yandıqdan sonra 23 gün şaxtada qalanı kişini xilas edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Alyaska polisinin Facebook hesabında məlumat paylaşılıb.

Ucqar, göz işlədikcə uzanan meşəlik ərazidə, Susitna Dərəsində yaşayan 30 yaşlı Tayson Stildən bir neçə həftə boyunca məlumat alınmadığından onun vəziyyətinin öyrənilməsi üzrə sorğunu cavablandırmaq üçün polis helikopteri ötən cümə axşamı həmin əraziyə uçub.

"Onun meşədəki evi dekabrın ortalarında, təxminən ayın 17-18-də yanıb, iti həmin yanğında ölüb", - deyə polisdən verilən məlumatda deyilir. Evini itirdikdən sonra T.Stil 23 gün şaxtalı havada qalıb. Bu müddət ərzində onun ətraf aləmlə rabitəsi də kəsilib. Stilin ən yaxın qonşuları olduğu ərazidən 20 mil aralıda, balaca Skventna qəsəbəsindədir.

Özünə birtəhər daldalanacaq düzəldən Tayson Stil qarın üzərində SOS yazıb, üstünə kül tökərək (intensiv yağan qar yazını örtməsin deyə) günlərlə kömək gözləyib.

Xəbər lenti
0