BAKI, 12 yanvar — Sputnik. Avstraliyada "Qaya kenqurusu əməliyyatı" çərçivəsində ac heyvanlara vertolyotlarla yemək çatdırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Yeni Uels ştatının Ətraf mühit naziri sosial şəbəkədə bildirib.
Operation Rock Wallaby 🦘- #NPWS staff today dropped thousands of kgs of food (Mostly sweet potato and carrots) for our Brush-tailed Rock-wallaby colonies across NSW 🥕🥕 #bushfires pic.twitter.com/ZBN0MSLZei
— Matt Kean MP (@Matt_KeanMP) January 11, 2020
Qidanın çatdırılmasını Avstraliyanın Milli Parklar və Vəhşi Təbiət Xidməti təşkil edib. Meşə yanğınlarından zərər görmüş, ucqar ərazilərdə yaşayan heyvanlara vertolyotlardan bir neçə min kq yerkökü və kartof atılıb.
"Bu gün əməkdaşlarımız əsasən yerkökü və şirin kartofdan ibarət bir neçə ton yemək atdılar", - nazir yazıb.
O, həmçinin kök yeyən bir kenqurunun şəklini paylaşaraq: "Bir xoşbəxt müştəri" qeydini yazıb.
One happy customer 🦘🥕🥕🥕🥕#operationrockwallaby #AustralianFires pic.twitter.com/wtzMgeaX6D
— Matt Kean MP (@Matt_KeanMP) January 11, 2020
Professor Kris Dikmanın verdiyi məlumata görə, Yeni Cənubi Uels ştatında 800 milyondan çox heyvan meşə yanğınlarında tələf olub.