SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq ABŞ-İran gərginliyi haqqında: dialoqun güclənmə ehtimalı var

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, İran İraqdakı ABŞ bazalarına zərbə endirərkən də hansı addım atdığını bilirdi
Mübariz Əhmədoğlu: “ABŞ sanksiyaları altında vəziyyət getdikcə pisləşəcək”

“ABŞ İranla sülhə hazırdır”. Bunu ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, hazırkı situasiyada ABŞ və İran arasında bir ay ərzində gərginliyin davam edəcəyini düşünür: “Bu müddət keçəndən sonra ABŞ-İran dialoqunun güclənmə ehtimalı var. İran İraqdakı ABŞ bazalarına zərbə endirərkən də hansı addım atdığını bilirdi. Qasım Süleymaninin ölümündən sonra İran prezidenti daha rahat şəkildə qərar qəbul edəcək. İran rəhbərliyi anlayır ki, ABŞ sanksiyaları altında ölkənin vəziyyəti getdikcə pisləşəcək”.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın bölgədəki mövcudluğunun tezliklə başa çatacağını bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0