CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlətin gözləməyə vaxtı yoxdur - sizə lazım olanı özü seçəcək

© REUTERS / Joshua RobertsСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər bir vətəndaşın fərdi sosial proqramının yaradılmasında əsas məqsəd dövlət orqanının vətəndaşın müraciətini gözləmədən, vətəndaşın hüququ yaranan kimi ona bu hüquqlarını tanıtmaq və təmin etməkdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Azərbaycanda hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata məlumat verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müxtəlif sahələr üzrə yaratdığı elektron sistemlərin bir məqsədi də budur ki, nəticədə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılsın.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial müavinətlə bağlı dəyişiklik gəlir: Pis və ya yaxşı olmasına özünüz qərar verin

Sputnik Azərbaycan hər bir vətəndaş üçün yaradılacaq fərdi sosial proqramın onlara hansı üstünlüklər vəd etdiyini araşdırıb.

ƏƏSMN-in Elektron xidmətlər və innovasiyalar şöbəsinin müdir müavini Orxan Salahov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir vətəndaşın fərdi sosial proqramının yaradılmasında əsas məqsəd dövlət orqanının vətəndaşın müraciətini gözləmədən, vətəndaşın hüququ yaranan kimi ona bu hüquqlarını tanıtmaq və təmin etməkdir. O.Salahov bildirib ki, fərdi proqrama qədər nazirliyin qarşısında duran əsas vəzifə vətəndaşlara göstərilən xidmətlərin elektronlaşması, avtomatlaşdırılmasıdır: "2019-cu il ərzində nazirliyin vətəndaşlara göstərdiyi 134 xidmətdən 21-i elektronlaşdırılıb. Bu xidmətlərin aktiv şəkildə həyata keçirilməsi təmin olunub. Bu sayın 91-ə çatdırılması nəzərdə tutulub.

Elektron xidmətlərin sayı nəzərdə tutulan həddə çatdıqdan sonra sosial müdafiə sahəsində bizdə hər bir vətəndaş barəsində dolğun məlumat olacaq. Bundan sonra vətəndaş sosial müdafiə sahəsi üzrə ƏƏSMN-ə müraciət etdikdə onun barəsində bütün məlumatlar sistem vasitəsilə yoxlanılacaq. Həmin şəxs barəsində sosial müdafiə sahəsində yaradılacaq fərdi kabineti formalaşacaq. Bu kabinet həmin vətəndaşın hansı hüquqlardan artıq istifadə edib, hansılardan isə etməsinin mümkün olduğunu öyrənməyə imkan verəcək.

Onların sosial yardımı kəsiləcək – Nazir xəbərdarlıq etdi>>

DOST Məsləhəti Xidməti var. Bu xidmət DOST Mərkəzlərində həyata keçirilir. DOST Mərkəzlərinə müraciət edən vətəndaşlar növbə üçün bilet götürdüyü andan xidməti almaq üçün masaya yaxınlaşan vaxta qədər işçidə həmin vətəndaş barədə məlumat olacaq. Sistem tərəfindən məlumat çıxacaq ki, yaxınlaşan vətəndaş sosial müdafiə sahəsində hansı hüquqlarından istifadə edib, hansından istifadə edəcək. Hansı hüququndan istifadə etməyibsə, vətəndaşa bu barədə məlumat veriləcək və vətəndaşın həmin hüququ təmin ediləcəkdir".

Qeyd edək ki, nazir Sahil Babayev də mətbuata açıqlamasında bildirib ki, ƏƏSMN tərəfindən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq inzibati icraatın təkmilləşdirilməsi tədbirləri çərçivəsində nazirlik tərəfindən əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması sahəsində müvafiq addımlar atılıb. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, ölkədə ilk dəfə olaraq əhalinin sosial reyestri kimi, "e-sosial" portalı istifadəyə verildi.

Səricə Məmmədova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj

Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və yaranmış hüquqları müqabilində məşğulluq xidmətlərindən, sosial təminat növlərindən və s. çevik rejimdə yararlanmaq, eyni zamanda yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə daimi nəzarət etmək imkanı qazandırıb.

Ölkəmizdə ilk proaktiv xidmət kimi 2019-cu ilin əvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib, 15-ə yaxın sosial müavinət və təqaüd növü üzrə də e-təyinat sistemləri hazırlanaraq istifadəyə verilib, habelə 15-dək e-arayış xidməti işə salınıb. Gələn il də bir sıra yeni e-təyinat sistemləri və e-arayış xidmətləri istifadəyə veriləcək. DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulur. Bu işlər yekunlaşandan sonra artıq e-sistemlər hər bir vətəndaş üçün fərdi sosial proqram formalaşdıracaq. Orada vətəndaşın məşğulluq, sosial təminat və s. imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək.

Xəbər lenti
0