BAKI, 11 yanvar — Sputnik. Türkiyədə Mərmərə dənizi, Tekirdağ Güzelköy ərazisində bu səhər ard-arda zəlzələ olub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qəndilli rəsədxanasının məlumatına görə, zəlzələlər 0,8 -3,1 bal gücündə olub.
Son məlumata görə, belə 50 zəlzələ baş verib.
Rəsədxana qeyd edib ki, zəlzələlərin birincisi saat 06.26-da, ən güclüsü isə saat 08.15 –də qeydə alınıb.