CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş ərinin mal-qarasını oğurlayan qadın saxlanıldı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidКорова на ферме, фото из архива
Корова на ферме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyyən edilərək sahibinə qaytarılıb

BAKI, 11 yanvar — Sputnik. Gədəbəydə mal-qara oğurlanıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxslərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan, 5 baş iri buynuzlu mal-qarasını oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0