Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: “Müharibə bütün dünya üçün fəlakət olardı”

© © Sputnik / Mihail KlimentevПрезидент РФ Владимир Путин и федеральный канцлер Германии Ангела Меркель во время встречи
Президент РФ Владимир Путин и федеральный канцлер Германии Ангела Меркель во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti ümid etdiyini bildirib ki, iş Yaxın Şərqdə genişmiqyaslı müharibəyə gedib çıxmayacaq, əks təqdirdə bu, fəlakətə çevriləcək

BAKI, 11 yanvar — Sputnik. "Yaxın Şərqdə genişmiqyaslı müharibə təkcə region üçün deyil, bütün dünya üçün fəlakət olardı".

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Kremldə Almaniya Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

Представитель кабмина ФРГ Штеффен Зайберт и канцлер Германии Ангела Меркель - Sputnik Azərbaycan
RUSİYA
Merkel Moskvaya səfər edəcək – Putinlə görüş olacaq

Rusiya Prezidenti ümid etdiyini bildirib ki, iş Yaxın Şərqdə genişmiqyaslı müharibəyə gedib çıxmayacaq, əks təqdirdə bu, fəlakətə çevriləcək: "Onsuz da regionda qarşıdurmalar gedir. Əgər böyük hərbi münaqişə baş versə, bu, təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün fəlakət olardı".

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Federal Kansleri Angela Merkeli Suriyaya bir müddət əvvəl baş tutmuş səfəri və prezident Bəşər Əsədlə danışıqları barədə məlumatlandırıb.

 “Əminliklə ifadə etmək olar ki, Suriyada vəziyyət stabilləşir, ölkə tədricən dinc həyata qayıdır, Suriya dövlətçiliyi bərpa olunur. Rusiya və Almaniya Suriyadakı münaqişənin istisnasız olaraq siyasi vasitələrlə, BMT TŞ-nin 2254 saylı qətnaməsinə müvafiq həll oluna biləcyi fikrini bölüşürlər. Başlıca məsələ odur ki, Suriya xalqının azad və sərbəst şəkildə öz gələcəyini, ölkəsinin gələcəyini müəyyən etmək imkanı olsun”.

Putin Almaniya lideri ilə Suriyanın münaqişədən sonrakı dirçəlişi, ölkədə humanitar vəziyyətin yaxşılaşması və qaçqınların təhlükəsiz şəraitdə geri qayıtması məsələlərini də müzakirə etdiklərini bildirib: “Suriyaya hər cür yardım heç bir ilkin şərt və siyasiləşdirilmə olmadan bu ölkənin qanuni hakimiyyəti ilə razılaşdırılmalıdır”.

Xəbər lenti
0