BAKI, 11 yanvar — Sputnik. Bu gün Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək.
Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, Merkel və Putin Yaxın Şərqdəki vəziyyəti, İran, Liviya böhranı daxil olmaqla beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.
Tərəflərin həmçinin, "Şimal axını -2" qaz kəmərinin tikintisini də müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 20-də "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan müdafiə büdcəsini təsdiqləyib.
ABŞ podratçı şirkətlərdən tikintini dərhal dayandırmağı tələb edib. "Şimal axını-2" boru xəttini çəkən "Allseas" işlərini dayandırıb.