Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda məşhur rusiyalı müğənnilərin yaradıcılıq gecələri keçiriləcək

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidМеждународный музыкальный фестиваль "Жара". День второй
Международный музыкальный фестиваль Жара. День второй - Sputnik Azərbaycan
Abunə olmaq
Emin Ağalarov bu il beş gün davam edəcək ən çox gözlənilən yay musiqi festivalının proqramını açıqlayıb.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Beşinci yubiley "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində Rusiyanın xalq artistləri Dmitri Malikovun və İqor Nikolayevin yaradıcılıq gecələri, eləcə də Yeqor Kridin və Azərbaycandan olan HammAli & Navai qrupunun konsertləri keçiriləcək. Bunu Azərbaycanın xalq artisti Emin Ağalarov Sputnik Azərbaycan-a deyib.

Эмин во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля Жара - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Emin növbəti "Jara" festivalının tarixini açıqladı

Layihənin açılış günündə, iyulun 29-da Azərbaycan, Rusiya və digər ölkələrin ən məşhur sənətçiləri qala konsertdə çıxış edəcəklər. İyulun 30-da Dmitri Malikovun yaradıcılıq gecəsi keçiriləcək və 1990-2000-ci illərin hitləri ifa olunacaq. İqor Nikolayevin yaradıcılıq gecəsi iyulun 31-i baş tutacaq.

Avqustun 1-də HammAli & Navai qrupunun və bir sıra digər ifaçıların konserti keçiriləcək. Avqustun 2-də isə Yeqor Krid solo konsertini təqdim edəcək, eləcə də "Z" nəslinin (1995-2015-ci il təvəllüdlü) müğənniləri çıxış edəcəklər.

"Jara" festivalı 2017-ci ildən etibarən "Sea Breeze" turizm kompleksində keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, "Russkoye radio" radiostansiyasının və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar ulduzlar iştirak edirlər.

Xəbər lenti
0