Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN əməkdaşları intihar etmək istəyən qadını belə xilas etdilər - VİDEO

© pixabay / greekfood-tamystikaDənizdə batan adam. Arxiv şəkli
Dənizdə batan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasedicilərinin çevik müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib

BAKI, 11 yanvar — Sputnik. Ağcabədi rayonunda intihar hadisəsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 11 yanvar 2020-ci il tarixində nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində 1 nəfər qadın intihar etmək istəyini nümayiş etdirib.

Dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasedicilərinin çevik müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti
0