CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqətli olun: Bibiheybət yolunda dəyişiklik edilib

© Sputnik / Irade JELILBibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub

BAKI, 11 yanvar — Sputnik. Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə "Bibiheybət yolu"nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

Yol çəklişi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol əhvalatı: Dövlət hesabına görülən işi kələkbazlar necə biznesə çeviriblər

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, bunun üçün sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb.

Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri "20-ci sahə" adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.

Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.

Ümumilikdə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

Xəbər lenti
0